Topaz Premyer Liqasının 33-cü turunda “Neftçi” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb.
Korner.az “Qəbələ”yə 2:1 hesabıyla məğlub olan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin oyundan sonra verdiyi açıqlamasını sizə təqdim edirik:
“Məğlub olduq. Qarşıda ölkə kubokunun final oyunu var. Əsas heyətin yarısının olmamasını bəhanə etməyəcəm. Çox istəyən azdan da olar. Əsas odur ki, kubokun finalında qalib gələk. Syominə can borcum var, mayın 22-də qaytarar. Gəncləri meydana buraxdım, bundan sonra oyunun ritmi pozuldu. Amma günahkar gənclər yox, mənəm. Mövsümün sonunda futbolçularda motivasiya çatışmır”.
