"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Rusiyanın "Volqa" klubundan gələn təklifi geri çevirib.
Korner.az-ın məlumatına görə, Nijni-Novqorod təmsilçisinin Hacıyevə baş məşqçi postuna gətirmək istəyini "ağ-qaralar"ın çalışdırıcısı puç edib. Belə ki, Рac;yevin Moskva səfərində məqsəd ötən il əməliyyat olunduğu xəstəxanada yenidən müayinə olunmaq idi.
Hacıyev müayinədən sonra "Volqa"nın rəhbərliyi ilə görüşüb. "Neftçi" ilə müqaviləsi qüvvədə olan çalışdırıcı qarşı tərəfdən gələn təkifi geri çevirib.
