big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Böyükağa Hacıyev: “Qurbanla fəxr etmək lazımdı” – MÜSAHİBƏ

04.06.2015 , 09:01

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin müsahibəsi
 
– “Neftçi”də baş məşqçi Arif Əsədovun istefaya göndərilməsi xəbərini necə qarşıladız?
– Təbii haldı. Özü oyundan sonra deyib ki, hələ mənim 1 il də vaxtım var. Müşahidə Şurası yığılıb və qərar verib ki, bu adam getməlidi. Bizim futbolda iki ali “naqrada” var: çempionluq və kubok. Sən bunların heç birini götürə bilmirsənsə, deməli, getməlisən.
 
– “Neftçi”də son 3 ayın maaşlarının verilmədiyi bildirilir. Mövsümü titulsuz bitirməyə bunun da təsiri ola bilərmi?
– Bütün klublarda problem var. Mənim vaxtımda da “Neftçi”də belə problemlər olurdu.
 
– Oyun mənasında necə, indiki “Neftçi” ilə sizin vaxtınızdakı komanda arasında çoxmu fərq var?
– Adət-elədiyimiz oyundan əsər-əlamət qalmamışdı.
 
– “Neftçi”nin yeni baş məşqçisinin kim olacağı hələ bilinmir. Əgər sizə belə bir təklif olsa, qayıtmağa razılaşarsız?
– Yeni baş məşqçinin kimliyinə rəhbərlik qərar verəcək. Əgər mənə belə bir təklif olsa, fikirləşərəm.
 
– Ancaq nəzərə alın ki, sizin vaxtınızda klubun rəhbəri Sadıq Sadıqov idi. İndi isə “Neftçi”yə Çingiz Abdullayev rəhbərlik edir. Necə düşünürsüz, Abdullayevlə dil tapa bilərsizmi, sözünüz üst-üstə düşər?
– Vallah, bilmirəm. Çingiz Abdullayev Müşahidə Şurasının sədridi. Mən ora baş məşqçi kimi dəvət alsam, siftə bunların mənə qarşı olan fikirlərindən xəbər tutaram və strategiyaları ilə tanış olaram. Ondan sonra isə qərarımı verərəm.  
 
– Komandanın yeni baş məşqçisinin xarici mütəxəssis olacağı haqda da söz-söhbət gəzir. “Neftçi”yə əcnəbi çalışdırıcı lazımdımı?
– Mənə deyin görüm, Böyükağa Hacıyev milliyətcə kimdi? Azərbaycanlıdı. Və ya Qurban Qurbanov milliyətcə kimdi? O da azərbaycanlı. Bəs hardadı xarici məşqçilər? Bir Kaxa idi, o da getdi. Getməli idi, çünki artıq doymuşdu.   
 
– “Neftçi” ölkəmizi Avropa Liqasında təmsil etmək hüququna yiyələnib. Əgər komandanı sizə həvalə etsələr, qısa zamanda nəyəsə nail olmaq mümkündümü?
– “Neftçi” hazır komandadı. Sadəcə, düzgün iş qurmaq lazımdı.
 
– Demək istəyirsiz ki, “Neftçi”də heyətin gücləndirilməsinə ehtiyac yoxdu?
– Lazım olsa, ehtiyac yoxdu, xeyr. Orta hər xəttin öz başbiləni var. Onlarla dil tapmaq lazımdı.
 
– Siz bu heyətlə kuboku və ya çempionluğu qazana bilərdizmi?
– Heç vaxt arxı tullanmamış “hop” demərəm. Ancaq unutmayın ki, mən bu heyətlə Avropa Liqasının qrup mərhələsinə düşmüşəm.
 
– “Neftçi”nin bu dəqiqə əsas problemi nədi: baş məşqçi, futbolçular, yoxsa klub rəhbərliyi?
– Qardaş, “Neftçi” bu gün başdan-ayağa problemdi. Təxminən 1 il bundan əvvəl mən komandanı təhvil vermişəm. Problemin nə vaxt yarandığını bilmirəm.
 
– “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov həm çempionluq, həm də kuboku qazanmaqla, sizin nailiyyətinizi təkrarladı…
– Bu gün Qurbanla fəxr etmək lazımdı. “Qızıl dubl” hamıya müyəssər olmur. Bir şeyi də unutmayın ki, Azərbaycan futbolunun səviyyəsi çox aşağı düşüb. 3 il bundan əvvəl çempionluq uğrunda 6-7 komanda vuruşurdusa, indi vahid komanda var, o da “Qarabağ”dı.

apasport.az

Son yazılar

To Top