“Antalya toplanışından sonra komandada bir qədər yorğunluq hiss olunurdu. Ona görə də ilk dəqiqələrdə oyunumuzu tapa bilmədik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Kəpəz"lə oyundan sonra deyib.
Çalışdırıcı darmadağını şərh edərkən daha sonra bunları deyib:
"Həm də fasilədən sonra “Kəpəz”də necə komanda yığıldığını bilmirdik. Buna baxmayaraq, irəliləyən dəqiqələrdə oyunun tempini tutduq və öz oyunumuzu diqtə eləməyə başladıq. Məğlub olmasına baxmayaraq, rəqib əzmkar mübarizə apardı”.