Bu gün Topaz Premyer Liqasının 21-ci turunun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, "Neftçi"-"İnter" oyunudan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev fikirlərini bölüşüb.
"İstədik ve etdik. Bəzi qruplaşmalara baxmayaraq, "Neftçi" rəqiblərini bir-bir döyəcək. Rəqibə bir epizodda vermədi. Avrokuboklara görə bir az büdrəmişdik, ancaq artıq turnir cədvəlində ədalet bərqərar oldu. Ola biler, bu gün "İnter"in oyunu alınmadı, ancaq onlar çempionluğa oynayırlar axı, gərək təzyiqlərini hiss edəydik. Mən "Kəpəz"lə oyunda daha çox əziyyət çəkmişdim. Bu gün "Simurq" "İnter"ə kömək edirsə, mən öz azərbaycanlı həmkarlarıma kömək etməyim? Yerli məşqçilərden kim istəsə, "İnter"i udmağın yollarını onlara verə bilərem. Mən sübut eləmek istədim ki, kimdi güclü".