Türkəyədəki təlim-məşq toplanışı çərçivəsində İran çempionu "Sepahan"la qarşılaşan "Neftçi" qələbə qazanıb. Korner.az-ın məlumatına görə, matçsonrası təmsilçimizin baş məşqçisi Böyükağa Hacıyev fikirlərini bildirib: "Ümumilikdə oyundan razı qaldım. İlk görüşlə müqayisədə futbolçular bir-birini daha yaxşı başa düşürdü.
Rəqibimiz də Asiya qitəsində öz adından söz etdirmiş İran çempionu idi. Nəticə isə qələbə ruhunu qoruyub saxlamaq baxımından vacibdir. Toplanışa cəlb olunmuş gənc futbolçulara da şans verdik və onlar da ümidləri doğruldurlar. Çalışacağıq ki, ixtiyarımızda olan hazırlıq müddətindən maksimum yararlanıb komandanı tam hazır vəziyyətə gətirək".
