"Avroliqa oyunlarından sonra komandada yorğunluq hiss olunmaqdadır. Julius Vobaya müəyyən qədər istirahət versəm də, yorğun olduğu görünürdü. Onun əvəzinə meydana daxil olan Araz Abdullayev isə yenə də mən istədiyim kimi oynamır".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Qəbələ" ilə oyundan sonra fikirlərini bildirərkən deyib.
B.Hacıyev müdafiə xəttindən narazı qaldığını bildirib: "Müdafiə xəttində çıxış edən futbolçulardan narazıyam, xüsusən də Elvin Yunuszadə verdiyim tapşırıqları yerinə yetirmədi. Artıq əsas fikrimizi “Rubin”lə oyuna yönəldəcəyik”.
