"Baxımlı oynadıq. Qismətimizdə qələbə yox imiş. Hakimlikdən narazıyam". Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu gün APOEL-lə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.
Əməkdaşımızın: "Rəşad Sadiqov bu gün zəif çıxış etdi. Sizə elə gəlmirdimi?" – sualına B.Hacıyev belə cavab verdi:
"Bu sizin fikirinizdi. Rəşad Sadiqov bu gün yaxşı çıxış etdi".
Çalışdırıcı daha sonra bunları dedi:
"Neftçi" həmişə hücum futbolu oynayıb. Mən o məşqçilərdən deyiləm ki, oyuna iki saat qalmış tir-tir əsəm. Generalı qorxursa, əsgəri hücum edə bilməz. Bizim motivasiyamız Sadıq Sadıqovdu".
