“Dünən rəqiblərimizin xal itirmesinden istifade etməliydik. Komanda birinci hissədə mənim istədiklərimi etmədi. Əvəzətməyə əl atdım və meydana buraxdığım 2 futbolçu 3 qol vurdu. Mən istəyirəm bəzi insanlara sübıt edim ki, “Neftçi”yə transfer lazım deyil. “Neftçi” hazır maşındı, onu sadəcə işə salmaq lazımdı. “Qarabağ” adlı-sanlı klubdu, “Xəzər-Lənkəran”ın onu udması bizi məcbur edir ki, özümüzü yığışdıraq. Mustafa Dənizli türk dünyasının yetirmesi olan məşqçidi, Məhəmməd ümmətidi, böyük qardaşımızdı. Kiçik qardaşın böyük qardaşa mesaj göndərməsi yaxşı çıxmaz”.
Korner.az-ın məlumatına görə, bu fikirləri “Simurq”la matçdan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev səsləndirib.
Qeyd edək ki, oyun “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
