"Qalib gəldik. Ancaq kubok oyunu üçün sürüşkən hesabdı".
Korner.az-ın məlumatına görə, neftçi klubunun baş məşqçisi Böyükağa hacıyev bu sözləri Azərbaycan kubokunun ilk yarımfinal mərhələi çərçivəsində keçirilən Qarabağ Neftçi oyunundan sonra deyib.
"Əsas odur ki, sindromu qırdıq. Qarşıda "Qəbələ" ilə oyun var. Nə sağımıza nə də solumuza baxırıq. Biz öz yolumuzla gedirik. Cavab oyunu daha asan olacaq. Çünki meydan sahibi komada açıq futbol oynamağa məcbur olacaq. Mənə açıq futbol təqdim edənin qadasını alaram. Mən psixoloji gərginlik altındayam. İcraiyyə Komitəsindən belə ağır qərar çıxardacağını gözləmirdim. Bu "Qarabağ"la oyundan qaynaqlanmır. Foqtsa nə dedim ki mənə belə cəza verdilər?.Fatih Terimin Türkiyədə etdiklərini mən etmirəm."
