Ölkə Kuboku

Böyükağa Hacıyev: “Lənkəranın adı gələndə özümü yığışdırıram”

24.04.2013 , 18:16

Azərbaycan kubokunun yarımfinalı çərçivəsidnə keçirilən "Qarabağ" "Neftçi" oyununda sonra ağ-qaralıların çalışdırıcısı Böyükağa Hacıyev öz fikirlərini bildirib. 
 
Korner.az-ın məlumatına görə, baş məşqçi düzgün taktika qurduqlarını deyib.
 
 "Qarabağ"ın qışda aldığı oyuncularını görməmişdik. Amma gördüz ki, düzgün taktika qurmuşduq. İki dağıdıcı yarımmüdafiəçiylə çıxmışdıq ki, ortada oyuna nəzarət edək. "Qarabağ" "Neftçi"yə layiqli rəqibdi. Onların da Avropada Azərbaycanı layiqincə təmsil edəcəklər. Teli ve Aqolli olmasa da, onların yerinde oynayanlar öz mövqelərində möhkəm idilər.
 
 Leoni gedəndən sonra Stamenkoviç arxayınlaşıb. Onu özüm cəzalandıracam. Və bu cəza pul cəriməsi olacaq. Çünki futbolçunun canını al, səsi çıxmaz, amma pulunu alsan…
 
Fariz Azərbaycan hakimliyinin gözüdü. Penalti veribsə, deməli, var idi. 
 
Lənkəranın adı gələndə özümü yığışdırıram. Niyə? Çünki bu şəhərden heç vaxt zəif komanda çıxmayıb.

Son yazılar

Yuxarı