“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın XXV turunun “Qarabağ”a qarşı keçirilən oyununda hakim idarəçiliyindən narazı qaldı.
Korner.az-ın məlumatına görə, baş hakim Rəhim Həsənova kəskin etirazını bildirən Hacıyev həm ilk hissə, həm də oyundan sonra hakimlikdən şikayətlənib.
