Sabah Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində “Neftçi” – “Çixura” oyundan öncə mətbuat konfransı keçirilib.
Korner.az-ın məlumatına görə, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bunları dilə gətirib:
“Rəqibin oyunlarını xüsuslilə izləmişəm. Oyun tərzinə görə “Koper”ə oxşayır. Gürcüstan futbolu Qafqazda həmişə öz sözünü deyib. Bugün son hazırlığımızı edəcəyik. “Qarabağ”a da müvəfəqiyyətlər arzu edirik. Bugün komanda şəklində ağdamlıların oyunun izləyəcəyik. “Qarabağ” hər şeyə qadir bir komandadı”