Dünyanın ən güclü klub məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, siyahıya 4 həmyerlimizin adı da düşüb.
Azərbaycanlılar arasında ən yaxşı nəticə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə məxsusdur. Onun aktivində 580 xal var və 728-ci pillədə qərarlaşıb. Hacıyevin “Neftçi”dəki köməkçisi Tərlan Əhmədov da siyahıdadı. O, 365 xalla 875-ci yerdədir.
Siyahıdakı digər iki azərbaycanlıya gəlincə, bunlar Yunis Hüseynov və Novruz Əzimovdu. Hüseynov 164 xalla siyahının 1089-cu, Əzimov isə 38 xalla 1344-cü pilədə qərarlaşıb.
Ölkəmizdə çalışan əcnəbi mütəxəssislərdən də siyahıda yer alan var. “İnter”in gürcüstanlı çalışdırıcısı Kaxaber Sxadadze 316 xalla 912-ci yerdədir.
Qeyd edək ki, ümumi siyahıya Dieqo Simeone başçılıq edir. İspaniya “Atletiko”sunun çalışdırıcısının aktivində 14321 xal var. Madrid “Real”ının çalışdırıcısı Joze Mourinyo 14152 xalla 2-cidir. “İlk üçlüyü” Almaniyanın “Bavariya” klubunun “sükançısı” Yupp Haynkes qapayır. O, 12.899 xalla 3-cüdür.
