“Hakim qapıçıya qapıda yeri tutmaq haqda göstəriş verəndən sonra Stamenkoviç buna əməl etməzsə, cəzalana bilər. Onun 11 metrlik cərimə zərbəsinə həssaslığı var. Bu, Stamenkoviçin serbsayağı uğur nişanıdır".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Qızıl dubl" edən paytaxt klubunun çalışdırıcısı daha sonra bunları dedi:
"Mən rəqib komandanın taktiki düzülüşünü görən kimi Con Toşakın ikiqat müdafiə ilə oynadığını bildim. Meydana 8 müdafiəçi ilə çıxmışdılar. “Turan”, “Kəpəz” və “Sumqayıt”la oyunlarını izləmişdim. Açıq futbol oynasaydılar onlar üçün ağır olardı. Toşak da təcrübəsinə güvənib müdafiə futbolu oynadı. 100%-lik qol epizodu yarada bilmədilər. Əvəzetmələr komandanın oyununu gücləndirə və ya sındıra bilər. Əlimin altında olan futbolçuların nəyə qadir olduğunu bilirəm. Antalyada gündə 3 dəfə məşq edəndə bəzi insanlar buna qəribə yanaşdılar. Bunun nəticəsini indi gördük. Cavid İmamverdiyev xəyallar dünyasında yaşayır. Mitreski mənim istədiyim oyun fəlsəfəsinə uyğun futbolçudur”.