"Neftçi" "Quandun"la heç-heçə etdiyi oyundan sonra hər iki baş məşqçi oyun haqqında fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı Böyükağa Hacıyev dünən “ağ-qaralar”ın Türkiyənin Antalya şəhərində keçirdiyi sonuncu yoxlama oyunundan sonra klubun saytına açıqlama verib:
“İstər fiziki, istərsə də taktiki baxımdan çempionata tam hazırıq. Çin klubu ilə qarşılaşmada heyətin bütün üzvlərinə şans verdik.Gənclər də özlərini yaxşı tərəfdən göstərə bildi.