"İstədiyimiz kombinasiyalı oyunu oynaya bilmədik. Sona yaxın hiss etdim ki, Vobay "yatır". Onu Cavidlə əvəzlədim. Ancaq Cavid də bir şey edə bilmədi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Ağ-qaraar"ın çalışdırıcısı "Bakı"yla etdikəri 1:1-lik heç-heçəni dəyərləndirərkən daha sonra bunları deyib:
"18 günlük fasilə başlayır. 8 futbolçumuz U 21-ə gedir. Həmin yaş üzrə millinin baş məşqçiləri zəmanət verə bilərlərmi ki, onları yüksək səviyyədə qaytaracaqlar? Xarici ölkələrdə rəsmi oyunlara 3 gün qalmış toplanış edirlər. Biz də isə 18 gün qalmış. Bunu mənə izah edən olsa ətəyində namaz qılaram. Bundan əlavə bir çox futbolçularımız məsuliyyətlərini dərk etmirlər, yəqin ki, etdirərik".