"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Korner.az saytına müsahibə verib.
– Komandanızın Antalyada toplanışını necə dəyərləndirərdiz?
Antalyada hazırlığımız yüksək səviyyədə keçdi. Hazırlığımız 24 gün sürdü və bu hazırlıq məni qane etdi. Komandadan çox razıyam.
– Uzun müddət zədədən əziyyət çəkən hücumçu Bahodır Nasimov, demək olarmı ki, Premyer Liqa oyunlarına hazırdı?
Bahodır təlim-məşq toplanışında komandayla oldu. Özünü yaxşı tərəfdən göstərməyi bacardı. Ona Premyer Liqa oyunlarında da güvənəcəm.
– Yeni oyunçular transfer olundu.
İnanıram ki, bu oyunçular komandamıza çox kömək edəcəklər. Conni Leon çox yaxşı qapıçıdır. Komandamızda Saşa Stamenkoviçə rəqib yox idi. Ona görə də bu qapıçını transfer etdik. Ramos isə tez-tez zədələndiyi üçün Xose Kabionu aldıq. Xose Kabion isə öz mövqeyində yaxşı çıxış edir. Bu oyunçuları siz də görəcəksiz.
– Sizcə, komanda keçənilki uğurun davamın gətirə biləcək?
"Neftçi" bu il də çempion olacaq. Buna tam əmin ola bilərsiz. Hər şeyi özünüz görəcəksiz.
Adil Mirzəzadə