“İlk olaraq bütün “Neftçi”sevərləri çempionluq münasibətilə təbrik edirəm. Uzun və ağır marafon oldu. Lakin son iki oyuna komanda köklənə bilmədi. Futbolçularda arxayınçılıq var idi. Bohadir Nasimovun olmaması özünü göstərdi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" ilə oyun sonrası "Neftçi"nin çalışdırıcısı Böyükağa Hacıyev deyib. Rəqibinə gələcək oyunlarda uğurlar arzulayan Hacıyev belə davam edib: "Yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Bu kubok öncəsi son məşq kimi idi. “Qəbələ”yə növbəti mövsümdə uğurlar arzu edirəm. “Qəbələ” yaxşı təşkilatlanmış komandadır. Çempionlar Liqasındakı çıxışımızda azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.
