“Sabahkı matçda da ənənəmizə sadiq qalaraq hücum futbolu göstərəcəyik. Biz istənilən rəqibə açıq oyun təklif edirik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisis Böyükağa Hacıyev “Turan”la martın 3-də keçirəcəkləri Topaz Premyer Liqanın 22-ci turunun oyunu öncəsi verdiyi açıqlamada deyib.
"Ağ-qaralar"ın çalışdırıcısı daha sonra bunları deyib:
"Bu gün “Turan” ilk altılıqdan kənarda qalsa da, bütün rəqibləri ilə başabaş oynamaq gücündədir. Bununla belə, məqsədimiz qələbə qazanmaqdır. Çempionluq uğrunda hər xalın əhəmiyyəti böyükdür” – deyə o vurğulayıb.