"Bu qələbədə hamının payı var. Aqressiyanı siz də görtdüz. İstər azarkeşlər, istərsə də futbolçular tərəfindən."
Bu fikirləri mətbuat konfransında Gündüz Abbaszadə söyləyib.
Daha sonra baş məşqçi Böyükağa Hacıyev fikirlərini bildirib.
"Dünən kiprli jurnalist 20 minlik azarkeşdən danışırdı. Mən Kardifdə – "Millenium" stadionuna komanda çıxarmış adamam! Dünən onu da demişdim ki, APOEL azarkeşlərinin bizə dəstək vermələrini istədiyimi demişdim. Biz bunu bacardıq. İkinci qoldan sonra əmin oldum ki, biz bu oyunu udacağıq. Çünki rəqib qabağa atılmağa məcbur idi".
