Böyükağa Hacıyev Azərbaycan kubokunun 1/4 finalının ilk görüşündən sonra təşkil edilən mətbuat konfransında oyun barəsində fikirlərini bölüşüb.
Korner.az–ın məlumatına görə, Hacıyev əsas məsələnin səfər oyununda “İnter”ə qol vurmaları olduğunu qeyd edib.
Təcrübəli mütəxəssis bunları deyib: “Kubok oyunları adətən ağır olur, mərhələ adlamaq üçün iki oyun oynayırsan. 1-1 hesablı bərabərlik bizim xeyirimizədir. Düzdür, üstünlüyü saxlaya bilmədik. Bunun əsas səbəblərindən biri də 3 gün öncə “Qəbələ” ilə səfərdə ağır oyun keçirməyimizdir. “İnter” isə bizdən bir gün öncə oynamışdı. İrəliyə nikbin baxırıq, cavab oyununda bütün suallara aydınlıq gələcək. Flavinyonun stabil oyun göstərməyinə alışmışıq, o da insandır. Bu gün imkanlarından aşağı oynaması haqqında onunla söhbət edəcəyəm. Ümumilikdə komanda yorğun görünürdü. Bir əvəzetmə ilə oyun sxemini dəyişdim. Məqsədim mərkəzi gücləndirmək idi. Bərabərlik qismət idi, səfərdə qol vurduq, məğlub olmadıq”.
