“Neftçi” artıq özünə gəlib. Bütün gücülümzlə “Qəbələ” matçına hazırlaşırıq. Artıq xal itirmək limitimiz dolub. Bizi yalnız qələbə qane edir”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi XXV turda qonağı olacaqları “Qəbələ”nin güclü komanda olduğunu bildirib: “Qəbələ”nin yaxşı heyəti var. Bizi çətin səfər gözləyir. Rəqibin oyunlarını artıq təhlil etmişəm”.
