Sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kipr APOEL-i ilə qarşılaşacaq “Neftçi” az öncə oyunöncəsi son məşqini keçirib və “ağ-qaralar”ın çalışdırıcısı Böyükağa Hacıyev uzun müddətdən sonra media qarşısına çıxıb.
Korner.az xəbər verir ki, Hacıyev sabahkı oyunda qələbəyə kökləndiklərini deyib: “Sabah Azərbaycan futbolu tarixində mühüm gündü. Qələbə qazansaq, mərhələ keçmiş sayılacağıq. Mən “Modern Hospital”da olanda APOEL-in oyunlarının disklərini izləyirdik. Rəqib yaxşı komandadı. Ulduz futbolçusu yoxdu, amma hamısı işləyən oyunçulardı. Mən ömrüm boyu qorxaq futboldan qaçmışam. Sabahkı oyunda da bunu görəcəksiz”.