AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev təlim-məşq toplanışını ölkəmizdə keçən komandaların yoxlama oyunlarını – “Sumqayıt” – AZAL və “İnter” (əvəzedici ) – “Bakı” qarşılaşmasını izləyib.
Korner.az-ın məlumatına görə, klubların məşqçilər korpusu ilə də görüşən B.Hacıyev Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının çempionatına və Birinci divizionun oyunlarına təyinat alan referi və referi köməkçiləri üçün Bakı şəhərindəki “Əlincə” İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında “Hakim və məşqçi münasibəti” mövzusunda mühazirə oxuyub.
