Topaz Premyer Liqasının sabah keçiriləcək XXIX turunun hakim təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran”la “Neftçi” arasında “Böyük oyun” FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
Digər beynəlxalq dərəcəli hakimlərimizdən Rəhim Həsənov “Qarabağ” – AZAL görüşündə fit çalacaqsa, Orxan Məmmədov təyinat almayıb. “Qəbələ” ilə “Simurq” arasında turun mərkəzi qarşılaşmasında isə ədaləti Elvin Əsgərov qoruyacaq.
XXIX tur
9 aprel (cümə axşamı)
17:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Qarabağ” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov
“Bakcell Arena”
17:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
“Kapital Bank Arena”
19:00. “Qəbələ” – “Simurq”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
Mənbə: pfl.az
