Premyer Liqanın XXI turunun oyunlarını 8000 azarkeş izləyib. Bu hər oyuna orta hesabla 1600 nəfərin toplaşması deməkdi.
Korner.az-ın məlumatına görə, ən çox fanat “Qarabağ” – “Xəzər Lənkəran” oyununu izləyib – 2800. Ən az tamaşaçı isə paytaxt derbisinə toplaşıb. Belə ki, “Bakı” – “Neftçi” matçında stadionda cəmi 1000 nəfər olub.
Qəbələ – Xəzər Lənkəran (2800 tamaşaçı)
Simurq – İnter (1500 tamaşaçı)
Qarabağ – AZAL (1500 tamaşaçı)
Sumqayıt – Rəvan (1200 tamaşaçı)
Bakı – Neftçi (1000 tamaşaçı)
Ümumilikdə 21 turun 105 oyununu 170550 nəfər izləyib ki, bu da hər oyuna 1624 nəfər deməkdi. Mövsümün rekordu ötən tur qeydə alınıb. Belə ki, XX turun 5 oyununu 16100 nəfər canlı izləyib. Turun “Xəzər Lənkəran” – “Neftçi” matçı da mövsümün rekordudu – 11000 tamaşaçı. XIX turun “Sumqayıt” – “Qəbələ” qarşılaşmasında isə mövsümün anti-rekordu qeydə alınıb – 100 tamaşaçı.
