“Xəzər Lənkəran” və “Neftçi” qarşılaşmasından öncə azarkeşlər arasında ilk insident yaşanıb.
Korner.az-ın məlumatına görə, bu gün səhər saatlarında Bakıdan Lənkərana qatarla gedən bir qrup “Neftçi” azarkeşi ilə yerli azarkeşlər arasında dava düşüb.
Polislərin müdaxiləsindən sonra ara sakitləşib. “Xəzər Lənkəran”lı azarkeşlər polis tərəfindən dəmir yolu vağzalı ərazisindən uzaqlaşdırıb.
