Geridə qalan tur çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" – "Neftçi" oyununda azarkeşlər arasında insidentin yaşanması haqda xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, artıq stadiona dəymiş zərərin məbləği hesablanıb.
Bu barədə saytımıza açıqlama verən arenanın direktoru Höccət Hacıyev qarşıdurma zamanı 260 oturacağın sındırıldığını deyib. Bir oturacağın dəyərinin 11 manat olduğunu nəzərə alsaq, arenaya 2915 manat zərər dəydiyini deyə bilərik.
