Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində paytaxtda "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" artıq Bakıda ilk məşqini keçirdir. Korner.az-ın məlumatına görə, hal-hazırda Dövlət Yol Polisi İdarəsinə məxsus stadionda keçirilən məşqdə "Böyük oyun"a ciddi hazırlıq gedir. Stadionun rəhbərliyi isə Cənub klubu üçün şirniyyat stolu açıb. Bütün futbolçuların əhval-ruhittəsi yüksək səviyyədədi.
