Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" və "Neftçi" arasındakı "Böyük oyun"a maraq böyükdü.
Bu barədə Korner.az-a açıqlamasında "ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev məlumat verib.
Daim gərginliyi ilə yadda qalan matçda bir qrup "Neftçi" fanatları "Fırtınalar meydanı"nda komandalarını dəstəkləmək üçün Lənkərana yola düşüb.
Hər iki tərəfin azarkeşləri arasında prinsipial matç öncəsi və sonu daim insident yaşanıb. Lakin Əliyev bu halın yaşanmayacağına ümid edir:
"Biz təhlükəsizlik tədbirlərini daha da gücləndirmişik. İnanırıq ki, oyun maraqlı və idman mübarizəsi şəraitində keçəcək".
