"Böyük oyun"da "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" bu gün Bakıya gəlib. Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar" həmişə olduğu kimi, yenə də "Happy İnn" otelində məskunlaşıb, qarşıda "Neftçi" ilə Premyer Liqanın V turu çərçivəsində planlaşdırılan oyununa hazırlaşacaq.
"Xəzər Lənkəran" məşqlərini səhər saat 11:00-da Respublika Dövlət Yol Polisinin stadionunda keçirəcək. Milli yığmada oynayan futbolçular da komandaya burada qoşulacaqlar.
Sabah axşam isə komanda tam heyətlə veteran futbolçu Alim Qurbanovun toy məclisində iştirak edəcək.
