“Lənkərandakı qar səbəbiylə komanda məşqlərini Bakıda keçir. Bu gün məşqə Mustafa Dənizli şəxsən özü də qatılacaq. Sabah Lənkərana yola düşməyi planlaşdırırıq”
Bu sözləri Korner.az-a açıqlamasında cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Klub rəsmisi bundan əlavə bildirib ki:
“Komandada Adrian Pitdən başqa zədəli futbolçu yoxdu. Elnur Abdullayev isə kart limitini doldurub. Hər iki futbolçu “Böyük oyun”u buraxmalı olacaq”.
