Topaz Premyer Liqasının XII turunda Bakıda “Neftçi” nin qonağı olacaq “Xəzər Lənkəran” məşqlərini Lənkəranda davam etdirir.
Korner.az-ın Cənub klubunun saytına istinadən məlumatına görə, dünən və bu gün ehtiyat meydanda hazırlığını sürdürən “ağ-yaşıllar” əsasən taktiki planda çalışmaları yerinə yetirib.
Zədə səbəbindən komanda ilə birgə məşqlərə qatıla bilməyən Junior Nildo fərdi qaydada onun üçün hazırlanmış xüsusi proqramla bərpa məşqlərini davam etdirir. Bu gün keçirilən məşqdə daha üç futbolçu hazırlıqdan kənarda qalıb. Müdafiəçi Rasim Ramaldanov “Qarabağ”la oyunda qabırğa, qapıçı Duqlas Leyte və müdafiəçi Vanderson Skarduelli də əzələ nahiyələrində olan ağrılar səbəbi ilə məşqi kənardan izləyib. Futbolçuların hər üçünün qarşıdakı günlərdə məşqlərə qoşulacağı ehtimal olunur.
“Xəzər Lənkəran” sabah səhər məşqindən sonra paytaxta yola düşəcək. Komanda “Böyük oyun”a qədər daha iki günü paytaxtda məşq edəcək.