Premyer Liqanın 17-ci turu çərçivəsində diqqətlər Lənkərana yönələcək.
"Fırtınalar meydanı"nda barışmaz rəqiblər "Xəzər Lənkəran" və "Neftçi" üz-üzə gələcək.
"Böyük oyun"da "ağ-qaral"ar azarkeşsiz qalmayacaq. Bu barədə Korner.az-a açıqlamasında «UltraNeftçi» fan klubunun rəhbəri Ceyhun Əzizli məlumat verib.
Əzizli Lənkərana heç bir pankart aparmayacaqlarını bildirib:
"Biz Lənkərana heç nə aparmayacayıq. Çünki stadiona heç nə buraxmırlar. 50 nəfərdən ibarət azarkeşlərimizlə Lənkərana yollanırıq. Ölkədə qayda-qanun var. İnanıram ki, orda dava-dalaş olmayacaq".
