Bu gün keçiriləcək "Böyük oyun" öncəsi daha bir insident Bakıda yaşanıb.
Korner.az-ın məlumatına görə, təxmini 10-a yaxın "Xəzər Lənkəran" azarkeşi "Forza" çay evini basaraq sprey rənglərlə yazı yazmaq istəyiblər.
"Forza" azarkeş qrupunun Oqtay Ağazadənin açıqlamasına görə, çayxanada olan "Neftçi" azarkeşləri ilə "lənkəranlı" azarkeşlər arasında kiçik insident yaşanıb və tezliklə başa çatıb.
