Mustafa Dənizli Bakıya qayıdıb.
Korner.az-ın məlumatına görə, səhhətində problem yarandığı üçün bir neçə gündü Türkiyədə olan mütəxəssis dünən geri dönüb.
Dənizli komandanın “Bayıl Arena”da baş tutan axşam məşqinə qatılıb. Hazırlıq prosesində zədəli legionerlər – Zohair Benuai və Adrian Pit iştirak etməyib.
Qeyd edək ki, “Neftçi” ilə “Böyük oyun”da onlarla yanaşı, cəzalı olan Elnur Abdullayevlə Slavik Alxasov da iştirak etməyəcək.
