"Bu oyunda yalnız qələbə qazanmağı düşünürdük. Çünki rəqib bizi ilk oyunda məğlub etmişdi. Bu gün meydanda yalnız "Neftçi" komandası var idi. Bu kənardan da görsənirdi".
Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Mahir Şükürov "Rəvan" üzərində qələbəni (2:0) şərh edərkən deyib.
Müdafiəçi qarşıdan gələn "Xəzər Lənkəran"la "Böyük oyun"dan da danışdı:
"Biz bilirik ki, Lənkəran səfəri həmişə çətin olur. Yalnəz bu oyunda da 3 xal qazanmağı düşünürük. Düzdü "Xəzər Lənkəran"ın çılğın azarkeşləri var və onların qarşısında oynamaq çətindir. Ancaq mən inanıram ki, Lənkəranda bizi "Neftçi" sevərlərdə dəstəkləyəcək və biz qələbə qazanaraq onları sevindirmiş olacayıq".
