Topaz Premyer Liqasının 2012/13-ci il mövsümünün yeni rekordu qeydə alnıb.
Korner.az-ın məluimatına görə, XIX turun “Xəzər Lənkəran” – “İnter” (2:3) qarşılaşmasını 11000 azarkeş izləyib. Bu isə tamaşaçı sayında cari çempionatın ən yüksək göstəricisidi.
Lənkəran şəhər stadionunda qeydə alınan bu rekorda qədər də ən yüksək göstərici eyni arenada baş tutan matça təsadüf etmişdi. Bu, XVII turun Lənkəranda keçirilən “Böyük oyun”unda qeydə alınmışdı. Ötən il dekabrın 14-də baş tutmuş görüşü 9500 tamaşaçı izləmişdi.