Premyer liqanın 17-ci turu çərçivəsində sabah keçiriləcək "Xəzər Lənkəran" – "Neftçi" matçı baş tutmayada bilər.
Korner.az-ın məlumatına görə, buna əlverişsiz hava şəraiti mane ola bilər. Belə ki, hal-hazırda Lənkəranda başlayan yağış sabaha kimi güclənərsə və bu stadionun ot örtüyünü yararsız hala gətirərsə "Böyük oyun" baş tutmaya bilər. Bundan əlavə sinoptiklər sabaha yağışlı hava proqnoz ediblər.
Bundan əlavə "Böyük oyun"un iş günü keçirilməsi azarkeş sayına təsir etməsi gözlənilmir. Klubdan əldə etdiyimiz məlumata görə, bu matça maraq güclüdü və prinsipial rəqiblərin duelində stadionun dolması gözlənilir.
