“Avropa Liqasının qalibi olmağı bacardıq. Buna görə qürur hissi keçirirəm. Kimsə bizim haqda pis bir şey deməməlidir. Çoxu pis mövsüm keçirdiyimizi söylədi, amma biz üç kubok qazandıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Mançester Yunayted”in futbolçusu Pol Poqba Avropa Liqasının finalında “Ayaks”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
“İlk qoldan sonra oyuna nəzarəti ələ keçirdik. Böyük komanda kimi oynadıq. Dünyada dəhşətli hadisələr baş verir. Finalda Mançesterdə terror zamanı ölən insanlar üçün oynadıq”.
