Azərbaycan Kubokunun finalı qalmaqalla bitib.
Korner.az-ın məlumatına görə, oyunun final fitindən az sonra Mahir Şükürovla Elnur Allahverdiyev arasında dava düşüb.
Qalmaqal qısa müddətdə böyüyüb. Hətta PFL prezidenti Ramin Musayev də meydana düşərək aranı sakitləşdirməyə çalışıb.
İnsident bu dəqiqələrdə bitib.
++++++
Davanın səbəbi bəlli olub. Belə ki, Mahir Şükürov Kamran Abdullazadəni yumruqla vurub. Bu anda Elnur Allahverdiyev araya girib və dava böyüyüb. Hərbçilərin də müdaxiləsindən sonra insident yatırılıb.