Bu gün Azərbaycan kubokunun final matçında "Böyük FİNAL" yaşanacaq.
Korner.az-ın məlumatına görə, iki barışmaz rəqib – "Neftçi" və "Xəzər Lənkəran" ölkənin bir nömrəli arenası olan Tofiq Bəhrəmov adına Respublika stadionunda münasibətllərə aydınlıq gətirəcək.
Ardıcıl üçüncü dəfə Azərbaycan çempionluğunu qazanan "Neftçi" "qızıl dubl" etmək arzusundadı. İkinci "altılığ"a düşərək azarkeşlərini məyus edən "Xəzər Lənkəran" isə mövsümü titulla bitirmək niyyətindədi.
Azərbaycan kuboku, final oyunu
28 may
20:00. "Neftçi" – "Xəzər Lənkəran" 0:0 (penaltilərlə 5:3)
Penaltilər seriyasında Dmitri Sialmasın zərbəsini Saşa Stamenkoviç dəf edib.
Tofiq Bəhramov adına Respublika stadionu