Azərbaycan kubokunun finalında qarşılaşacaq “Neftçi” ilə “Xəzər
Lənkəran”ın duelinə bukmeker kontorları pul qoyuluşunu qəbul etməkdədi.
Korner.az-ın xəbərinə görə, ölkənin qanuni mərc operatoru olan “TOPAZ” cütün favoriti olaraq “Neftçi”ni göstərir. Belə ki, həlledici matçda paytaxt klubuna verilən əmsal 1.80 təşkil edir. Qarşılaşmanın heç-heçəsinə 3.30, Cənub klubunun qələbəsinə isə 3.40 verilir.
NEFTÇİ BAKI – XƏZƏR LƏNKƏRAN 1.80 3.30 3.40
Rusiyanın məşhur “Marathon” bukmeker kontoru isə “Neftçi”ni finalda daha şanslı sayır.
NEFTÇİ BAKI – XƏZƏR LƏNKƏRAN 1.76 4.00 4.70
Məşhur “BWIN” və “Gamebookers”sin “Böyük FİNAL” üçün verdiyi əmsallar isə eynidir.
NEFTÇİ BAKI – XƏZƏR LƏNKƏRAN 1.75 3.50 4.00