Sabah Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək "Neftçi" – "Xəzər Lənkəran" oyununa saatlar qalınca həyacan daha da artır.
Korner.az hər iki klubun ən böyük fan-klublarından olan "UltraNeftçi" və "CaspianUltras"ın "Böyük FİNAL"a necə hazırlıq gördüyünü araşdırdı.
Ceyhun Əzizl, "UltraNeftçi": "Üzvlərimizin hamısına demişəm ki, hamı özü bilet alıb gelsin 8-ci sektora. Ayrı-ayrı sektorlarda olacağıq. Təxmini 700 nəfərlik azarkeş qrupumuzla".
Zaur Həsənov, "CaspiannUltras": "Bu oyun üçün maraqlı bannerlər hazırlamışıq. 24-cü sektor tam bizə aiddir. Çoxlu azarkeşlər Bakıya gəlirik. Hamız bizim nəyə qadir olduğumuzu görəcək".