“Böyük Dəbilqə”də 6 cüdoçumuz iştirak edəcək
23.02.2023 , 15:39

3-5 martda Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
Korner.az xəbər verir ki, yarışda Azərbaycanın 6 cüdoçusu iştirak edəcək.
Onların hamısı yığmanın ehtiyat heyət üzvləridir: Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev və Rəşid Məmmədəliyevdir (hər ikisi 73 kq).
“Böyük Dəbilqə”də 40-dan çox ölkədən idmançıların iştirakı planlaşdırılır.
