Cüdo

“Böyük Dəbilqə” turniri başladı: 1 medalımız var

27.10.2017 , 12:36

Azərbaycan cüdoçusu Abu-Dabi beynəlxalq turnirində gümüş medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb.

Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb. Altmış altı kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə finaladək Çin, Moldova, Gürcüstan və Rusiya idmançılarına qalib gəlib. İdmançımız həlledici görüşdə israilli Tal Flikerə uduzaraq gümüş medala sahib olub.

Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur.

Son yazılar

Yuxarı