Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində ikinci gün 2 medal daha qazandıq
Qadınlar arasında 78 kq çəki dərəcəsində mübarə aparan, milliləşən legionerimiz İrina Kindzerskaya birbaşa yarımfinaldan mübarizəyə qoşulub. Onun ilk rəqibi rusiyalı Kseniya Çibişova olub. Qələbə qazanan idmançımız finala yüksəlib. İrinanın həlledici döyüşdəki rəqibi Tessi Savelkuls olub. Tatamidən məğlub ayrılan idmançımız gümüş medala yiyələnib.
Qeyd edək ki, idmançılarımız yarışın ilk iki günündə 2 medal qazanmışdı. Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) bürünc mükafata yiyələnib. Bu gün isə 90+ çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev Aleksandr Roslyakova qalib gələrək bürünc medal əldə etmişdi.
