Cüdoçularımız mübarizəyə başlayır
01.04.2023 , 11:54
Azərbaycanın daha 4 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə”də bu gün mübarizəyə start verir.
Korner.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən Hidayət Heydərov 1/16 finalda Aleksandr Brernd Qabler (Almaniya) / Erdenebayar Batzaya (Monqolustan) cütünün qalibi, eyni çəkidəki Nurlan Osmanov 1/32 finalda Aleksandru Rayku (Rumıniya) ilə qarşılaşacaq.
81 kq-da Səid Mollayi 1/16 final mərhələsində Tiziano Falkon (İtaliya) / Jus Mesilosek (Sloveniya) duelinin güclüsü ilə, eyni çəkidəki Zelim Tçkayev Nikola Qardaşeviçlə (Monteneqro) üz-üzə gələcək.
Yarış aprelin 2-də sona çatacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.