“Böyük Dəbilqə”: Azərbaycanlı cüdoçular mübarizəyə qoşulur
04.03.2023 , 11:24

Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə start verəcək.
Korner.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazoda ilə qarşılaşacaq.
Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadovla mübarizə aparacaq.
Daha əvvəl 60 kq-dakı Əhməd Yusifov “bürünc” qazanıb.
